Trampın olduğu tədbirdə atəş açan şəxs kimi hədəfə aldığını açıqlayıb

is3SvFaVnRuwLUzXfyErAzEsSAHJ3JBVvVCd115O_1200

ABŞ Prezidenti Donald Trampın “Washington Hilton” hotelində iştirak etdiyi tədbirdə atəş açmaqda şübhəli bilinən Koul Tomas Allen bəyan edib ki, onun hədəfi dövlət başçısının özü deyil, administrasiya rəsmiləri olub.

Xia.az bildirir ki. bu barədə “CBS News” mənbələrə istinadən xəbər verir.

*Trampın iştirak etdiyi tədbirdə atışma: Zal boşaldıldı, bir nəfər saxlanıldı – FOTO/VİDEO

Saxlanılan şəxs hüquq-mühafizə orqanlarına bildirib ki, o, Tramp administrasiyasının məmurlarını zərərsizləşdirmək istəyib.

Qeyd edək ki, atışma gecə saatlarında Vaşinqtonda Ağ Ev Müxbirlər Assosiasiyasının prezident Donald Trampın iştirak etdiyi qəbulunda baş verib. ABŞ Administrasiyasının heç bir nümayəndəsi xəsarət almayıb. ABŞ Məxfi Xidməti bir nəfərin saxlanıldığını bildirib.