Ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını başa vurmasından danışıb

Dpi2BnZPBioVt2fmhjYZrZvmjObsD19Q5zpYpnJk_1200

Ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını tezliklə başa vuracağını bəyan edib.

Xia.az “Boxing News”a istinadən xəbər verir ki, idmançı artıq konkret tarix müəyyənləşdirib.

“Getməzdən əvvəl karyeramın hər anından həzz alıram. Üç gün əvvəl düşündüm ki, məhz bu tarixdə karyeramı bitirəcəyəm. İdmandan ayrılacağımı necə elan edəcəyim və tam olaraq nə deyəcəyim barədə da düşündüm. İnanın, bu, çox tezliklə baş verəcək”, – deyə A.Usik bildirib.

Qeyd edək ki, ağır və birinci ağır çəki dərəcələrində çıxış edən A.Usik peşəkar karyerasında məğlub olmayıb. O, həmçinin 2012-ci ildə Olimpiya çempionu olub.