Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Türkiyədə hotel yanğını ilə bağlı saxlanılanların sayı artdı

1177A-A+

Türkiyənin Bolu vilayətindəki “Kartalkaya” xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş verən və 78 insanın həyatına son qoyan yanğınla bağlı saxlanılanların sayı artıb.

Bu barədə Xia.az”TRT Haber”ə istinadən xəbər verir.

Məlumata görə, hadisə ilə bağlı istintaq çərçivəsində daha 2 nəfər barəsində həbs-qətimkan tədbiri çıxarılıb və bununla da saxlanılanların sayı 14-ə çatıb.

Xatırladaq ki, yanvarın 21-də Türkiyənin Bolu vilayətində əsas xizək kurortlarından biri olan “Kartalkaya”da yerləşən 12 mərtəbəli “Grand Kartal” hotelində yanğın baş verib. Yanğında 78 nəfər ölüb və həyatını itirənlərdən 36-sı uşaqdır. Hadisə ilə bağlı daha əvvəl 12 nəfər saxlanılmışdı.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?