Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Futbolda böyük skandal: UEFA hakimi yeniyetməyə təcavüz şübhəsi ilə saxlanıldı

Posted on 28 Aprel 202628 Aprel 2026 By Admin_

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hakimi yetkinlik yaşına çatmayan şəxsə qarşı təcavüz şübhəsi ilə Britaniyanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Xia.az  “The Sun” nəşrinə istinadən xəbər verir ki, insident otellərin birində qeydə alınıb.

İttiham olunan şəxs ictimai zonada yeniyetmə ilə söhbətə başlayıb, ardınca isə ona toxunmağa və aldadaraq öz otağına aparmağa cəhd göstərib.

Qeyd edək ki, hadisə barədə polisə zərərçəkmişin özü və ya onun tanışı xəbər verib. Diqqətçəkən məqam odur ki, hakim oteli tərk edərək avrokubok çərçivəsində matçı idarə edib, lakin geri qayıtdıqdan sonra UEFA nümayəndələrinin iştirakı ilə həbs olunub. Dindirilmə prosesindən sonra o, girov müqabilində sərbəst buraxılıb.

Adı açıqlanmayan bu hakim 2026-cı il dünya çempionatının oyunlarına təyinat alan hakimlər siyahısında yer alırdı. FIFA rəsmiləri bəyan ediblər ki, istintaq tam başa çatana qədər həmin şəxs onların bayrağı altında keçirilən heç bir yarışda iştirak etməyəcək. UEFA da yaranmış vəziyyətlə bağlı “dərin narahatlığını” ifadə edərək hakimi dərhal oyunlardan kənarlaşdırıb.

İdman

Yazı naviqasiyası

Previous Post: Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə Xan məscidini ziyarət ediblər
Next Post: Azərbaycan nefti ucuzlaşıb
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme