Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Keşlədə 60-dan çox ailənin üç aylıq kirayə haqları ödəniləcək

Posted on 28 Aprel 202628 Aprel 2026 By Admin_

Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evi təmir bərpa ediləcək və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım veriləcək.

Xia.az  xəbər verir ki, bu məsələ Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənmiş Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısına daxil edilib.

Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir-bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə maddi yardım verilməsi (qiymətləndirmə xərcləri daxil olmaqla), həmin yaşayış evlərinin sakinlərinin 3 aylıq kirayə haqlarının ödənilməsi (bank xərcləri daxil olmaqla) təmin edilməlidir.

Siyasət

Yazı naviqasiyası

Previous Post: Bağça müəllimlərinin sertifikasiyası keçiriləcək
Next Post: MİQ imtahanlarının test mərhələsinin keçirilmə tarixi bəlli oldu
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme