Regional vasitəçilər ABŞ və İranı onlayn dialoqa çağırırlar

oS9fBgct0jwOnlSedQjj0G9pdUuICqjjsOhsuFoG_1200

Bölgədəki vasitəçilər Tehranla Vaşinqton arasındakı fikir ayrılıqlarını tədricən azaltmaq məqsədilə müzakirələrin məsafədən aparılmasını məsləhət görüblər.

Xia.az  xəbər verir ki, bu barədə məlumatı “The Wall Street Journal” nəşri dərc edib.

Rəsmi şəxslərin sözlərinə görə, virtual formatda əlaqələrin saxlanılması hər iki tərəfin ortaq məxrəcə gəlməsinə və mövqelərin yaxınlaşmasına şərait yarada bilər. Qəzetin yazdığına əsasən, Birləşmiş Ştatlar İranla təmasları kəsməyəcək və yaxın günlərdə rəsmi Tehranın layihəsinə öz cavabını, eləcə də alternativ təkliflərini irəli sürməyi planlaşdırır.

Xatırladaq ki, İranın xarici işlər naziri Abbas Əraqçı bir qədər öncə Birləşmiş Ştatların ölkəsinə qarşı hərbi əməliyyatlar zamanı heç bir nəticə əldə edə bilmədiyini və Ağ Evin məhz bu səbəbdən danışıqlara meyil etdiyini vurğulamışdı. Nazir qeyd edib ki, Prezident Donald Trampın dialoq istəyi də məhz bununla bağlıdır və hazırda İran tərəfi bu ssenarini dəyərləndirir.