Tərtərə qonaq gedən kişi arı sancmasından ÖLDÜ
Tərtər rayonunda kişi arı sancması nəticəsində ölüb.
Xia.az -ın əldə etdiyi məlumata görə, hadisə mayın 1-i Düyərli kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsindən arı sancması ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırma aparılır.