Yaxın Şərqdə gözlənilməz aviasiya qərarı: Qətər və BƏƏ səmasında məhdudiyyətlər başladı
Qətər hava məkanını mayın 11-dək qismən bağlayıb.
Xia.az xəbər verir ki, bu barədə TASS agentliyi Yaxın Şərqin hava hərəkətini idarəetmə xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb.
”Qətərin aviasiya qurumları hava məkanını qismən bağlayıb. Bu məhdudiyyətlərin mayın 11-i axşam saatlarınadək qüvvədə qalacağı gözlənilir”, – deyə mənbə bildirib.
Məlumata əsasən, qonşu ölkələrdən əmirliyə daxil olan reyslər üçün hava məkanında dörd nəzarət-buraxılış nöqtəsi təyin edilib. Eyni zamanda, Qətərdən Bəhreyn və Səudiyyə Ərəbistanı istiqamətində uçuşlar həyata keçirmək üçün üç çıxış nöqtəsi müəyyənləşdirilib.