Gəncədə avtomobil süpürgəçini vurub öldürdü

NLDMqi2RRTOzHvFG6LR5zQEjZ6C8SGlU6iRBsjlb_1200

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xia.az  xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə zamanı BMW markalı avtomobil yolda təmizlik işləri aparan, 1965-ci il təvəllüdlü Zəminə Qurbanovanı vurub, daha sonra köşkə çırpılıb.

Qəza nəticəsində qadın həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.