Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var
Rusiyanın Omsk bölgəsində meşə yanğınlarının monitorinqini aparan “Aeroprokt-22” yüngülmühərrikli təyyarəsinin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.
Xia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, hadisə Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) baş verib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
