Azərbaycan-Ermənistan sülh prosesinə Avropadan dəstək

jBTISuh5Vycov8ugiq83k6EFoKkHKpLwrcIiZgXL_1200

“Latviya Azərbaycan ilə Ermənistan arasında sülh sazişi istiqamətində əldə olunan irəliləyişi müsbət qiymətləndirir”.

Xia.az  xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs İrəvanda Ermənistanın yüksəkvəzifəli şəxsləri ilə keçirdiyi görüşlərdə bildirib.

Dövlət başçısı qeyd edib ki, rəsmi Riqa yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında hərtərəfli və davamlı sülh sazişinin imzalanacağına ürəkdən ümid edir.

Rinkeviçs vurğulayıb ki, səfərin əsas məqsədi regional sabitliyə töhfə vermək və uzunmüddətli fasilədən sonra ali səviyyəli əlaqələri praktiki əməkdaşlıq müstəvisinə keçirməkdir.

Latviya lideri Riqa ilə İrəvan arasında yalnız siyasi dialoqun deyil, iqtisadi əlaqələrin də genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Edqars Rinkeviçs həmçinin Ermənistanın Avropa təsisatlarına inteqrasiyası məsələsinə də toxunub. O bildirib ki, Latviya Ermənistanın Avropa yolunu seçməsini dəstəkləyir və ölkənin Avropa İttifaqına inteqrasiya prosesinə yardım göstərməyə hazırdır.