Rusiya ikigünlük atəşkəs elan etdi

iESYCawbzjMcRS2RxhI19ucJ5KoQB8ZFuvtr4FGt_1200

Rusiya rəhbərliyi Böyük Vətən müharibəsində qazanılmış Qələbənin 81-ci ildönümü ilə bağlı bayram günlərində – 8 may saat 00:00-dan (Bakı vaxtı ilə 01:00 – red.) 10 may tarixinədək atəşkəs rejimi tətbiq edəcəyini açıqlayıb.

Xia.az  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

“Rusiya Federasiyasının Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı Vladimir Putinin qəbul etdiyi qərara uyğun olaraq, sovet xalqının Böyük Vətən müharibəsindəki Qələbəsinin 81-ci ildönümü ilə əlaqədar Rusiya tərəfi 8 may saat 00:00-dan 10 may tarixinədək atəşkəs elan edir”, – deyə nazirliyin açıqlamasında vurğulanıb.