Əmlak alan vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlandı

WxPkXtFHV1cnNIyu9R8XG5DjCHhju2bjuwtRzOwk_1200

Yaşayış və qeyri-yaşayış sahələrinin alınması zamanı vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlanıb.

Xia.az  xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, 2026-cı ilin yanvar-aprel ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 12 milyon 181,8 min manat təşkil edib.