Almaniyada banka hücum: Girov götürülənlər var
Almaniyanın cənub-qərbindəki Sintsiq (Reynland-Pfalts federal torpağı) şəhərində polis “Volksbank” bankının filialında insanların girov götürülməsi ilə bağlı genişmiqyaslı xüsusi əməliyyat keçirir.
Xia.az -ın xəbərinə görə, bu barədə “Bild” qəzeti polisə istinadən məlumat verib.
Məlumata görə, xüsusi polis bölmələri və helikopterlər hadisə yerinə cəlb olunub.
Bildirilir ki, səhər saatlarında banka inkassator avtomobili gəlib. Əməkdaşlardan biri banka girmək üçün çıxıb. Daha sonra naməlum kişi onu hədələyərək içəri girməyə məcbur edib. Hücumçu və girov götürülən şəxs hazırda bankın seyfindədirlər.
“Hazırda bankın içərisində bir neçə cinayətkarın və bir neçə girovun olduğu ehtimal edilir. Girov götürülənlərdən biri inkassator avtomobilinin sürücüsüdür”, – hüquq-mühafizə orqanlarından bildirilib.
“Çərçivəyə alınmış bölgədən kənardakı vətəndaşlar üçün hazırda heç bir təhlükə yoxdur”, – deyə nəşr əlavə edib.