Paşinyandan Qarabağla bağlı diqqətçəkən açıqlama: “Bizim deyildi”

2ZKYBYMlEBkmfKfda0XXmZJjcJggus5RPKkvernl_1200

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağla bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib.

Xia.az  xəbər verir ki, o, Sünik vilayətinin Kornidzor kəndində sakinlərlə görüşü zamanı Qarabağ məsələsinə toxunub.

Paşinyan ermənilərin “Qarabağda torpaq itirilməsi” ilə bağlı iddialarına münasibət bildirərkən “Bu torpaq necə bizim ola bilərdi? İzah edin, necə bizim idi?” sualını səsləndirib.

Baş nazir qeyd edib ki, həmin ərazilər uzun illər müəyyən şəxslərin nəzarətində olsa da, orada normal yaşayış və dövlət infrastrukturu formalaşdırılmayıb.

“Mən ölən insanları təhqir etmək istəmirəm. Tutaq ki, həmin ərazilər bir neçə generalın nəzarətində olub. Bəs orada nə etmişik? Buğda əkmişik? Fabrik tikmişik? Uşaq bağçası açmışıq? Orada yaşayışımız var idimi? Ora bizim deyildi”, – deyə Paşinyan bildirib.