WUF13 könüllüləri Heydər Əliyevin 103 illiyinə həsr olunmuş fləşmob keçiriblər

9w5zzyFOsTcqIOBVZGMsU0dEcJ9CudvWAA3zilDQ_1200

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş simvolik fləşmob WUF13 könüllülərinin iştirakı ilə tədbirin keçiriləcəyi məkan olan Bakı Olimpiya Stadionunda təşkil edilib.

Xia.az  xəbər verir ki, 600-dən çox könüllünün iştirakı ilə keçirilən fləşmob zamanı ” Heydər Əliyev 103″ yazısı formalaşdırılıb.

Bu təşəbbüs müasir Azərbaycanın memarı, ölkəmizin inkişafına, şəhərsalma kimliyinə və müasir memarlıq tərəqqisinə mühüm töhfələr vermiş Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə ehtiramın ifadəsidir.