Latviyanın müdafiə naziri PUA insidentindən sonra istefa verib
Latviyanın müdafiə naziri Andris Spruds ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatları ilə bağlı insidentdən sonra istefa verib.
Xia.az xəbər verir ki, bu barədə LSM telekanalı məlumat yayıb.
Nazir bildirib ki, ordunun siyasi kampaniyaya cəlb olunmasının qarşısını almaq üçün vəzifəsindən ayrılmaq qərarı verib.
“Xarici dronlar insanların təhlükəsizliyinə təhdid yaratmamalıdır”, – deyə Spruds vurğulayıb.