Donald Trampın Çin səfərinə tanınmış iş adamları da qatıla bilərlər
ABŞ Prezidenti Donald Trampın administrasiyası bu həftə Çinə baş tutacaq səfər zamanı dövlət başçısını müşayiət etmək üçün İlon Maskı, “Apple” şirkətinin rəhbəri Tim Kuku və digər nəhəng korporasiyaların rəhbərlərini dəvət edib.
Xia.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Ağ Ev nümayəndəsinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, nümayəndə heyətinin tərkibinə “Goldman Sachs”ın rəhbəri Devid Solomon, “Blackston”un rəhbəri Stiven Şvartsman, “BlackRock” rəhbəri Larri Fink, “Citigroup” rəhbəri Ceyn Freyzer və “Meta” Platforms”un nümayəndəsi Dina Pauell Makkormik də daxil ola bilər.
“Bloomberg” qeyd edir ki, 10-dan çox rəhbər şəxsdən ibarət qrup səfərdə Trampa qoşulacaq.
Məlumata görə, ABŞ prezidenti bu səfər vasitəsilə Pekinlə bir sıra biznes müqavilələri və satınalma sazişləri əldə etməyi hədəfləyir.
Həmçinin onun Çin Prezidenti Si Cinpinlə görüşəcəyi də gözlənilir.