Filippin Senatındakı silahlı insidentlə bağlı saxlanılan var

iNBApjb8ir18GvDZMPuqZHYz5sIMIAeSEfIZ2we8_1200

Filippin polisi Senat binasında baş verən atışmada şübhəli bilinən şəxsi saxlayıb.

Xia.az  xəbər verir ki, bu barədə “ABS-CBN News” məlumat yayıb.

“Cənub Rayon Polisi cümə axşamı Senatdakı atışmada şübhəlinin müəyyən edildiyini və saxlanıldığını açıqlayıb”, – deyə məlumatda bildirilir.

Onun kimliyi açıqlanmayıb.

Qeyd edək ki, ötən gün Konqresin Senat binasında silahlı insident baş verib. Buna yüksəkvəzifəli senatorun həbsi səbəb olub.