Azərbaycan Kubokunun finalından sonra “Zirə” cərimələndi

dGZbrQo9BVJFqyndMKcPtUYkr0u9XO8nyMypHL0H_1200

AFFA İntizam Komitəsi Azərbaycan Kubokunun final matçından sonra “Zirə” klubunu cərimələyib.

Oxu.Az xəbər verir ki, bu barədə qərar qurumun növbəti iclasında qəbul edilib.

Belə ki, “Sabah” komandasına qarşı keçirilən görüşdə “qartallar”ın beş futbolçusunun sarı vərəqə alması kluba 700 manat məbləğində cərimə bahasına başa gəlib.

Qeyd edək ki, qarşılaşma “Sabah” klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.