Qarabağ suvarma kanalının yenidən qurulmasına başlanılır – Tender elan olundu

F2yPI2puflhZYdJPaDt5q545fKls1yWFZX7HIxnF_1200

Qarabağ suvarma kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Xia.az -ın məlumatına görə, bununla bağlı Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu tender elan edib.

Məlumata görə, institut layihə çərçivəsində PT (Standard Penetration Test) sınaqlarının aparılması xidməti satın alacaq.

Qurum görüləcək işlər üçün ümumilikdə 94 min 400 manat ödəməyi planlaşdırır.

Ölkənin ən böyük magistral suvarma kanalı olan Qarabağ Suvarma Kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun ümumilikdə 115 min hektaradək əkin sahəsini suvarma suyu, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin edir.

Xatırladaq ki, Prezident İlham Əliyev 15 aprel 2024-cü ildə “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.