Ceyhun Dadaşova yeni vəzifə verildi

iuBkEEj4kv5WJg5jroC9yX8JaTR4JM6ivP6UjpoL_1200

Dövlət Pantomima Teatrının quruluşçu rejissoru Ceyhun Dadaşov yeni vəzifəyə təyin olunub.

Xia.az -ın məlumatına görə, bundan sonra o, öz fəaliyyətini Dövlət Pantomima Teatrının yaradıcı işlər üzrə direktor müavini olaraq davam etdirəcək.

Qeyd edək ki, Ceyhun Dadaşov Pantomima teatrında 2000-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində çox sayda tamaşalara aktyor və rejissor olaraq öz imzasını atıb. Bundan başqa bir-birinin ardınca ölkə və ölkə xaricində ustad dərsləri verib.