Belçika milyonlarla avroluq raketlər alır: Avropada nə baş verir?

kR4eJBpD0NmeOJ59vqJpWk0IfkplRGPAJtTiiXtK_1200

Belçika uzaq məsafələrə zərbə endirmək məqsədilə “F-35” qırıcıları üçün raketlərə və pilotsuz uçuş aparatlarına (PUA) 700 milyon avro xərcləyəcək.

Xia.az  “Echo” qəzetinə istinadən xəbər verir ki, müvafiq müqavilələr Avropa və ABŞ müdafiə sənayesi şirkətləri arasında bölüşdürüləcək. Söhbət ABŞ və Norveçin birgə istehsalı olan, uçuş mənzili 350 kilometrə çatan “AGM-184” qanadlı raketlərinin alınmasından gedir. Həmin raketlər potensial münaqişə zamanı Belçika aviasiyasına düşmənin hava hücumundan müdafiə (HHM) zonasına daxil olmadan uzaqdan zərbələr endirməyə imkan yaradacaq.

Xatırladaq ki, Belçika köhnələn F-16 parkını yeniləmək üçün 2018-ci ildə ABŞ-dən 34 ədəd “F-35” qırıcısı alıb və əlavə 11 təyyarənin tədarükü üçün yeni müqavilə bağlamağa hazırlaşır. Ölkə ilk üç yeni qırıcısını 2025-ci ilin sonunda təhvil alıb.

Belçikanın müdafiə naziri Teo Franken bir müddət əvvəl bəyan etmişdi ki, “F-35″lər arsenala daxil olduqca, istismardan çıxarılan bütün “F-16″lar Ukraynaya veriləcək.