Mingəçevirdə sərnişin avtobusu piyadanı vurdu
Mingəçevir şəhərində sərnişin avtobusu qəza törədib.
Xia.az -ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
5 saylı marşurut üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü yolu keçmək istəyən Elşən Arzuman oğlu Tağıyevi vurub.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.