“Qiyamət günü radiosu” yenidən efirdə: Sirli mesaj yayımlandı

4aNz7KZdrM0fV9iK68acefAV2Tbp2jctSDkGXMOd_1200

“Qiyamət günü radiosu” kimi tanınan UVB-76 stansiyası ardıcıl ikinci gündür efirə çıxaraq yeni şifrəli mesaj yayımlayıb.

Xia.az xəbər verir ki, məlumat stansiyanın “Telegram” kanalında paylaşılıb.

Efirə verilən mesaj belə olub:

“TОD3 U352 DXQЕ 94066 09270 32781 SКАZОPАТ 7507 4374 SNOPOTYUL 5422 8119”.

Adətən UVB-76 davamlı uğultuya bənzər siqnal yayımlayır və yalnız nadir hallarda bu cür kodlaşdırılmış mesajlar ötürür. Bu xüsusiyyətinə görə ona “juzjalka” (uğultu radiosu) adı verilib.