Bakıda tikinti şirkətinin rəhbərinə hökm oxundu
Vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Homeline” tikinti şirkətinin direktoru Alik Quliyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Xia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.
Müşavirədən sonra hökm elan olunaraq Alik Quliyev 6 il 2 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, iş üzrə ümumi dəymiş ziyan 300 min manata yaxındır.
Alik Quliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.