Azərbaycanda “Ailə Konsepsiyası” sənədi hazırlanıb

Lwb9y1ZpGpQ12LZGdsyXZgl7Bdjr8xdrEaFUvDlU_1200

Azərbaycanda “Ailə Konsepsiyası” sənədi hazırlanıb.

Xia.az  xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisdəki çıxışı zamanı deyib.

Azərbaycanda Ailə Konsepsiyası sənədi hazırlanıb - FOTO

O bildirib ki, sənəd razılaşdırılmaq üçün müvafiq dövlət qurumlarına göndərilib:

“Onlar təkliflərini bizə təqdim edəcəklər. Bu sənəd Azərbaycanın yanaşmasını və qarşıdakı vəzifələr üçün çərçivə rolunu oynayacaq. Bundan sonra icrası ilə bağlı fəaliyyət planı da qəbul ediləcək”.

B.Muradova qeyd edib ki, həmçinin “Uşaq Strategiyasının II Fəaliyyət Planı (2026-2030)” yekunlaşma mərhələsindədir. Bunun da icrası problemlərin həlli istiqamətində mühüm rol oynayacaq”.