Avropa çempionatı: Azərbaycan İtaliyaya qarşı

rFEkZ5YMEZCcr5huykgxHp4Zd1Y0EtVdpcZKDxsx_1200

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün ikinci oyununa çıxır.

Xia.az  xəbər verir ki, millimiz İtaliya yığması ilə qarşılaşacaq.

“Tipos Arena”dakı matç Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Qeyd edək ki, F qrupunda mübarizə aparan Azərbaycan millisi ilk turda Avstriya yığmasını 1:0 hesabı ilə məğlub edib. Hazırda 3 xalla qrupda lider olan millimiz qrupda son matçını mayın 30-da Fransaya qarşı keçirəcək.