Ölkəyə qanunsuz yolla gətirilən 44 mindən çox dərman vasitəsi AŞKAR EDİLDİ

bGRU1RD7ng5b8VM7LcP6Tu3xU0Yt2ZuNqDqZEM7U_1200

Qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.

Xia.az  xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən dövlət qeydiyyatından keçməyən 251 adda 44 335 ədəd (konvolyut, ampul və flakon formasında) dərman vasitələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.