Tailandda avtomobil insanlara çırpılıb: Çox sayda buddist rahib həlak olub

D0AxLQpgJlKaMhSdhATtVgQRAodEUlPS0ayGnumH_1200

Tailandın şimal-şərqindəki Mukdahan əyalətində avtomobil insanlara çırpılıb. Nəticədə səkkiz buddist rahib həlak olub, 13 nəfər isə ağır xəsarətlər alıb.

Xia.az -ın xəbərinə görə, bu barədə “Khaosod” qəzeti məlumat verir.

Tailand polisinin məlumatına görə, hadisə yerinə gələn xilasedicilər və həkimlər xəsarət alanları yolun hərəkət hissəsində və yolun kənarında tapıblar. Beş rahib aldıqları xəsarətlərdən hadisə yerində, daha üçü isə sonradan həyatını itirib.