Günəşdə nəhəng aktiv bölgə böyüyüb: İnsanlar üçün hansı təhlükə yaradır?

PhBpH4Ik5CPyZtyu5QCZaQDM3Jg7DnbwRbE1fHj1_1200

Günəşdə müşahidə olunan 4478 aktiv bölgəsi son 24 saat ərzində rekord 1 550 sahə vahidinə qədər böyüyüb.

Xia.az -ın KP.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Məlumata görə, son on ildə bu nəhəng sadəcə əfsanəvi 3664 bölgəsindən geri qalır ki, 3664 bölgəsi 2024-cü ilin may ayında 20 ilin ən güclü maqnit qasırğasını yaratmışdı.

Həmçinin paralel olaraq əsas günəş ləkəsindən yarım milyon kilometr şimal-qərbdə yerləşən 4479 yoldaş-bölgə də genişlənir. Günəşdə partlayışlar fasiləsiz olaraq davam edir, lakin strukturların nəhəng ölçüləri nəzərə alınarsa, onların real gücü alimlərin proqnozlarından hələlik 5-10 dəfə azdır.

Proqnozlara görə, ilk plazma atılmaları (emissiyaları) Yer kürəsinə artıq iyulun 2-dən 3-nə keçən gecə çatmağa başlayacaq. Alimlər G2-G3 səviyyəli geomaqnit dalğalanmaları proqnozlaşdırırlar ki, bu da son aylarda ən güclü qasırğa ola bilər.