Yevlaxda 100 yaşlı seçici bələdiyyə seçkisində səsvermə hüququndan istifadə edib.
Xia.Az Baku TV-yə istinadən məlumat verir ki, Nərimanabad kənd sakini İsmayıl Babayevin səs verməsi üçün evinə səyyar seçki qutusu aparılıb.
“Bir çox seçkidə iştirak etmişəm. Camaat üçün yaxşı olsun, yaxşı xidmət etsin”, – deyə İsmayıl Babayev bildirib.