Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Xəzər dənizinin üzərindən uçan sərnişin təyyarəsi qəza siqnalı verdi

Dubay-Moskva reysi üzrə uçan “Boeing” sərnişin təyyarəsi Xəzər dənizinin üzərində qəza siqnalı göndərib.

Xia.Az bu barədə “İnterfaks” agentliyinə istinadən xəbər verir

“FlightRadar24″ün məlumatına görə, təyyarə hündürlüyünü azaldıb və öz marşrutu üzrə uçuşunu davam etdirib.

Qeyd olunur ki, qəza siqnalı Xəzər dənizi üzərində uçan DP992 reysli “Boeing 737” təyyarəsi tərəfindən verilib.

Təyyarə Həştərxanda təhlükəsiz eniş edib. İnsident nəticəsində zərərçəkən olmayıb.

Təcili enişin səbəbi işə düşən yanğın siqnalı olub. Amma, hər hansı bir yanğın qeydə alınmayıb. Təyyarədə 6-sı ekipaj üzvü olmaqla 188 nəfər olub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?