Yevlax MKTB iməclik keçirdi, abadlıq işləri görüldü

519576


Şəhərin təmizliyi, səliqəsi və abadlığı hər bir sakinin rahatlığı, eləcə də şəhərin ümumi siması üçün ən mühüm şərtdir.

Məhz bu prinsipləri rəhbər tutan Yevlax Şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) komandası 04 iyul 2026-cı il tarixində Heydər Əliyev prospektində növbəti genişmiqyaslı iməclik keçirib.


​Aksiya çərçivəsində prospektdəki dekorativ güllər sulanıb, alaq otlarından təmizlənib, avtobus dayanacaqları və işıq dirəkləri yuyulub. Eyni zamanda ərazidə tam sanitar təmizlik işləri həyata keçirilib.


​Gözəl Yevlaxımızı birlikdə qoruyaq!

Vətəndaşlara Müraciət


​Unutmayaq ki, yalnız dövlət qurumlarının öz işini görməsi ilə hər şey tam həll olunmur, bu məsələdə sakinlərin də üzərinə böyük məsuliyyət düşür. Şəhərimizin təmizliyi həm də bizim ona necə yanaşmağımızdan asılıdır.


​Dayanacaqlara və yol kənarlarına zibil atmayaq, ​gülləri, yaşıllıqları qoruyaq və zədələnməsinə yol verməyək.
​Məişət tullantılarını yalnız bunun üçün nəzərdə tutulmuş zibil qablarına ataq.
​Gəlin hər birimiz doğma şəhərimizə sahib çıxaq və bu cür təqdirəlayiq abadlıq işlərinə dəstək olaraq gözəl Yevlaxımızı birlikdə daha da gözəlləşdirək!


QEYD: Şəhərimizin günün hər saatında təmiz, səliqəli və abad olmasında zəhməti keçən hər kəsə, o cümlədən bu yolda gecə-gündüz çalışan Yevlax MKTB komandasına və onun fədakar işçilərinə dərin təşəkkürümüzü bildiririk!

XİDMƏTİNİZDƏ UĞURLAR ARZU EDİRİK.