İran rəsmisi: “ABŞ və onun müttəfiqlərini cəzalandıracağıq”
“Rəsmi Tehran ona qarşı atılan aqressiv addımlara cavab olaraq, tezliklə ABŞ-ni və müttəfiqlərini cəzalandırmaq üçün həyata keçirəcəyi əlavə tədbirləri elan edəcək”.
Xia.az xəbər verir ki, bu açıqlama ilə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədr müavini Abbas Möqtədai çıxış edib.
O, SNN telekanalına verdiyi müsahibədə qeyd edib:
“Yaxın günlərdə İranın təcavüzkarı və onu dəstəkləyən dövlətləri cəzalandırmağa yönəlmiş əlavə tədbirləri aydın olacaq. Milli təhlükəsizlik və xarici siyasət komissiyası düşmənin sonradan peşman olacağı şəkildə cəzalandırılmasına gətirib çıxaracaq qəti və əsaslandırılmış qərarların qəbuluna maksimum kömək göstərəcək. İran vətəndaşları ABŞ Prezidenti Donald Trampın imzaladığı sənədlərə artıq etibar etmir və düşünürlər ki, Tehran rəhbərliyini alçaltmağa cəhd göstərən amerikalılar hazırda çarəsiz durumdadırlar”.
Xatırladaq ki, bir müddət öncə Donald Tramp İranla əldə olunmuş atəşkəs razılaşmasının artıq qüvvədən düşdüyünü və Vaşinqtonun Tehranla heç bir danışıqlar aparmaq istəmədiyini vurğulamışdı.