Özbəkistanda “Türk dünyasının mənəvi dirçəlişi: İnformasiya təhlükəsizliyi forumu” keçirilib
Özbəkistan Prezident Administrasiyasının Kontent Mərkəzində “Türk dünyasının mənəvi dirçəlişi: İnformasiya təhlükəsizliyi forumu” baş tutub.
Xia.az xəbər verir ki, bu barədə Azxəbər.com saytının baş direktoru Əfsələddin Ağalarov məlumat verib.
O bildirib ki, tədbirə 100-ə yaxın özbək jurnalist qatılıb:
“Bu gün möhtəşəm bir layihəyə imza atdıq. Aylarla davam edən gərgin təşkilati hazırlıq və yorucu əməyin nəticəsi bütün yorğunluğumuzu unutdurdu. Forumun ardından isə səkkiz özbək televiziya kanalına tədbirlə bağlı müsahibələr verdik”.