NATO ölkələri Ukrayna ilə bağlı öhdəlik götürdülər – 70 milyardlıq dəstək

kAXZjsOD1EMCCUXvbIlt4zrA2hi3XgcE6moobpED_1200

NATO ölkələri 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracaqlar. Onlar həmçinin 2027-ci ildə ölkəni ekvivalent səviyyədə dəstəkləməklə bağlı öhdəlik götürüblər.

Xia.az -ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ankarada keçirilən NATO sammitinin yekun bəyannaməsində bildirilir.

“2026-cı il üçün NATO ölkələri Ukrayna üçün hərbi texnika, yardım və təlim proqramlarına 70 milyard avro ayırmağı öhdələrinə götürüblər. Bu dövlətlər dəstək üzrə öz suveren öhdəliklərini 2027-ci ildə ən azı ekvivalent səviyyədə saxlayacaqlar”, – deyə sənəddə qeyd olunur.