Zaqatalada sel fəsadlar törətdi: İnfrastruktura ciddi ziyan dəydi

mirMi1AxtTWLwcP7IlbvN5oPhk2fcU0JBmmAQpz1_1200

İntensiv yağıntılar nəticəsində bəzi ərazilərdə yol infrastrukturu və kommunikasiya xətləri zərər görüb.

Xia.az  xəbər verir ki, Zaqatala rayonunda sel suları Anar Həmidov, Nəriman Nərimanov və Zeynalabdin Tağıyev küçələrindən keçən elektrik dirəklərinə, təbii qaz xətlərinə və su təsərrüfatı infrastrukturuna ciddi ziyan vurub.

Hazırda ərazidə suyun çəkilməsi, yuyulan sahələrin bərpası və zədələnmiş kommunikasiya xətlərinin yenidən qurulması istiqamətində işlər görülür.