Rusiyada güclü zəlzələ oldu
Sakit okeanda, Kamçatkanın (Rusiya) cənub sahilləri yaxınlığında 5.5 maqnitudalı zəlzələ qeydə alınıb.
Xia.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Yeraltı təkanlar iyulun 20-də Bakı vaxtı ilə saat 04:09-da baş verib.
Seysmik hadisənin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 229 kilometr aralıda, təxminən 21 km dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.