UEFA prezidenti 2026-cı il dünya çempionatının finalını boykot edib
UEFA prezidenti Aleksander Çeferin 2026-cı il futbol üzrə dünya çempionatının final matçına qatılmayıb.
Xia.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Məlumata görə, Çeferin adi şərtlərdə final oyununda mütləq iştirak edəcəkdi. Lakin o, ABŞ millisinin hücumçusu Folarin Balogunun diskvalifikasiyasının ləğv edilməsinə etiraz olaraq səfərdən imtina edib.
Nəşr qeyd edir ki, bu hadisə FIFA ilə UEFA arasındakı münasibətləri ciddi şəkildə gərginləşdirib. UEFA daxilində turnirin gedişinə siyasi müdaxilədən narazılıq ifadə olunub.
Xatırladaq ki, Balogun 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Bosniya və Herseqovina yığmasına qarşı keçirilən oyunda meydandan qovulub və ona bir oyunluq cəza verilib. Qırmızı vərəqənin ləğv edilməsindən sonra futbolçunun diskvalifikasiyası da aradan qaldırılıb və Balogun pley-off mərhələsinin növbəti turunda Belçika millisinə qarşı oyunda meydana çıxa bilib.