“2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika fənləri üzrə müəllimlər sertifikasiyaya cəlb olunacaqlar”.
Xia.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, 2026-cı ildə isə tarix, musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə üzrə fənn müəllimləri sertifikasiyaya cəlb olunacaqlar.