Şahin Bağırov post rəisini idarə rəhbəri təyin etdi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin olunub.

Xia.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, gömrük polkovniki Kamran İsa oğlu Yusifov Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.

Kamran Yusifov bundan əvvəl Balakən rayonundakı Mazımqara gömrük postunun rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi Elçin Rüstəmov vəzifəsindən azad edilərək, Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?