Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Ermənistanda məhkəmə Qarabağdakı keçmiş separatçı rejimin keçmiş komandanı Cəlal Harutyunyanı 5 il 5 ay müddətinə həbsə məhkum edib.

Xia.Az bu barədə “Sputnik” Ermənistana istinadən xəbər verib.

Qeyd edək ki, Cəlal Harutyunyanın məhkəməsi Sünikdə baş tutub.

Prokurorlar Cəlal Harutyunyan üçün 6 il həbs istəmişdilər.

44 günlük müharibədə ölən əsgərlərin valideynləri isə müttəhimin 8 il həbs edilməsinə israr edirdilər.

Məlumat üçün əlavə edək ki, C.Harutyunyanın ittiham edildiyi epizodlar əsasən 44 günlük müharibə zamanı separatçı ordunun “əks-hücum əməliyyatlarının” uğursuzluqla nəticələnməsi ilə bağlıdır.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?