Bakıda gecə klubunun sahibi cəzalandırıldı - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 10/b ünvanındakı yaşayış binasının sakinləri birinci mərtəbədə fəaliyyət göstərən “XS lounge” gecə klubundan şikayətçi olduqlarını bildirmişdilər.

Bu barədə Oxu.Az-a müraciət edən sakinlər gecə klubunun onların istirahət hüququnu pozduğunu söyləyirdilər.

Klub isə sakinlərin iddialarını əsassız hesab etmişdi.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb:

“Sakinlərin “XS lounge” gecə klubundakı səs-küylə bağlı müraciətinə polis tərəfindən baxılıb.

Sakinlərin narahatlığını əks etdirən hallar polis əməkdaşları tərəfindən araşdırılıb. Obyektin icarədarı barəsində qanunauyğun tədbirlər görülüb”.

Gecə klubu

Bakı

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?