“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən qadağa tətbiq edilib - Xia.Az - Azərbaycanda və dünyada baş verən son xəbərlər, ən aktual və maraqlı hadisələr barədə operativ məlumat, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır

Bu gündən “Bolt” taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyəti ilə məşğul olmasına qadağalar tətbiq edib.

Bu barədə İqtisadiyyat.az-a bir qrup sürücü məlumat verib.

Onların sözlərinə görə, “Bolt” buna səbəb kimi həmin sürücülərin təlim sertifikatında uyğunsuzluqların aşkarlandığını göstərir. Bu səbəbdən sürücülərdən təlim sertifikatını yenidən təqdim etməyi tələb edir. Beləliklə, “Bolt” taksi şirkəti sertifikatsız sürücülərin hamısını bloklayıb və onlar hazırda taksi fəaliyyət göstərmək üçün tətbiqə daxil ola bilmirlər.Qeyd edək ki, taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.

Whatsappda yazın
salam
Scan the code
Salam👋!
Sizə necə kömək edə bilərik?