
Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq silah-sursat əldə etməkdə şübhəli bilinən rayon sakini Səbuhi Səfərov saxlanılıb.
Xia.az xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Onun yaşadığı ünvandan “AK-74” markalı avtomat aşkarlanaraq götürülüb. O, silahı bir müddət əvvəl taparaq yaşadığı ünvanda gizlətdiyini bildirib.
Faktla bağlı cinayət işi bașlanılıb, araşdırmalar davam etdirilir.