Cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam etdirilir.

Bu gün İsmayıllı rayonunun Qaraqaya kəndində keçirilən qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq həlli üçün müvafiq tapşırıqlar verilib.

Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülüb, müvafiq tapşırıqlar verilib