Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Xia.Az “Report”a istinadla xəbər verir ki, şəhər ərazisində iki KIA və bir “Mercedes” markalı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.