
Yevlaxda sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması zamanı ağır yaralanan gənc xəstəxanada ölüb.
“Unikal”ın məlumatına görə, hadisə gecə saatlarında qeydə alınıb. Belə ki, Əkşəm kəndi yaxınlığında “Vaz 2106” markalı avtomobillə sərnişin daşıyan mikroavtobus arasında baş verən qəzada ağır yaralanaraq reanimasiya şöbəsinə yerləşdirilən 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Vüsal Məmmədovun həyatını həkimlərin bütün cəhdlərinə rəğmən xilas etmək mümkün olmayıb. O, xəstəxanada keçinib.Qeyd edək ki, məlum qəzada 6 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişdi.Faktla bağlı araşdırma aparılır.