Ukrayna gələcək əks-hücum üçün Böyük Britaniyadan uzaqmənzilli silahlar alıb. Söhbət 290 kilometrə qədər məsafədəki hədəfləri vura bilən “Storm Shadow” təyyarə raketlərindən gedir.
Bu barədə CNN öz mənbələrinə istinadla xəbər verib.
Nəşr qeyd edir ki, Ukrayna artıq işğal olunmuş ərazilərdə Rusiyanın arxa cəbhəsinə hücumlar üçün əlavə imkanlar əldə edib.
“Storm Shadow” uzaqmənzilli olması baxımından oyunun qaydalarını dəyişdirir və genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanın istədiyi imkanları verir”, - deyə yüksək rütbəli ABŞ hərbçisi kanala bildirib.//oxu.az
Böyük Britaniya Ukraynaya “oyunun qaydalarını” dəyişdirəcək “Storm Shadow” verib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.